Modern.az

Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istəyib

Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istəyib

Образование

24 Fevral 2014, 14:13


Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyilə ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin işinə dair proses davam etdirilib.
Bu gün keçirilən məhkəmədə prokuror Fuad Musayev təqsirləndirlən şəxslərə iş istəyib.

Modern.az-ın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Fuad Musayev Müsavat başqanının müavini Tofiq Yaqublunun 7 il, “REAL” Hərəkatının sədri İlqar Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror digər təqsirləndirilən şəxslərin 6-9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Musavat.com-un məlumatına görə, prosesdə qalmaqal olub və hakim Rəşid Hüseynov Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Ali Məclis sədri Arzu Səmədbəyli və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni məhkəmə salonundan çıxarıb.

Proses davam edir..

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı