Modern.az

“Mülkiyyət alovu” üzərinə səpilən su

“Mülkiyyət alovu” üzərinə səpilən su

تحصیلات

4 Mart 2014, 10:22

“Sovetski” məhəlləsinin məsələsi mülkiyyət hüquqlarının pozulması silsiləsində növbəti həlqəyə çevrilmədi. Hökumət komissiyasının dünənki cavabı vətəndaşın mənafeyinə uyğun mövqeni özündə ehtiva edirdi. Halbuki əksi də baş verə bilərdi. Mitinqlər müstəvisinə gələn lokal  mülkiyyət davası sonrakı görüşun radikal sonucları ilə daha da böyüyüb, söndürülməsi çətin olan bir “alov”a çevrilərdi. Çünki adıçəkilən ərazi 50-60 ev yox, 5 min ailədən ibarət bir yaşayış sahəsidir. Nəzərə alaq ki, sökülmüş başqa ərazilərdə bütün mənalarda miqys bu qədər böyük olmayıb. Üstəlik, “Sovetski” əhalisi kompensasiya almış bir çox ərazilərin insanları ilə müqayisədə təklif edilən pulla yeni mənzil almaq imkanlarının məhdudluğunu öz gəlirləri ilə tamamlamaq gücündə olan insanlar deyillər.  Onların əksərinin  yaşadığı şərait kasıblığın səviyyəsini çox aydın ifadə edir. Böyük bir qrupun  gəlir mənbəyi, öz əliylə qurduğu dolanışıq məkanı da elə  həmin məkan üzərində qərar tutub. Həm evin, həm iş yerinin  sinxron itirilməsi iztirabına qatlaşmaq ilin-günün bu çağında  çəkiləsi bəla olmazdı. Odur ki, “alov” üzərinə iki etapda sərin su töküldü.

Birinci mərhələdə  sakinlərin etirazına xoş jest edildi; hökumət komissiyası onların hüzuruna çıxıb, gileylərinə anlayış göstərdi; ikinci mərhələdə hər iki tərəf üçün daha optimal çıxış yolu tapmaqda zorluq çəkən, yeni bir kompensasiya versiyası ortaya qoya bilməyən hökumət konfliktə getmək variantını seçmədi, az kvadrat daxilində yaşayanlara hüzur və əminlik vəd etdi. Məsələnin mühüm məqamı əsas fikrin üzərinə düşən vurğunun qətiyyətli tonda ifadə olunması idi. Çünki Abid Şərifov bunu əvvəldə dedi, yekun sözündə də və əhalini incitməmək tapşırığının mötəbər ünvandan verilməsi ürəkləri rahatladan, eyni zamanda tam arxayınçılıq üçün çox etibarlı bir söz oldu. O da bəlli oldu ki, Hacıbala Abutalıbovun birinci etapda vətəndaşın istəyinə uyğun cavabın veriləcəyi vədi yuxarıların müvəqqəti sakitlik yaratmaq taktikası deyilmiş. Hökumət həqiqətən də könüllülük prinsipini indiki halda yeganə düzgün yol kimi görüb. Bununla da sökülüb yenidən qurulan digər ərazilərlə müqayisədə “Sovetski”nin taleyi hələlik elə “sovetski”lilərin öz ixtiyarına buraxıldı.

Təkcə Abid Şərifovun sitatına güvənmədən, eyni zamanda, son zamanlar verdiyi bəyanatların cazibədar məzmununa dayanaraq demək mümkündür ki, “Sovetski” məsələsinin liberal qaydada çözümünü dövlət başçısının adına bağlamaq lazımdır.  Bu proyektin gündəm zamanı elə bir vaxta təsadüf edirdi ki, toplum içərisində  məmur özbaşınalığı çılpaq və kəskin şəkildə gündəmə gəlməyə,məmur təbəqəsinin zilləti cəmiyyətdə ayrı-ayrı məsələlər ətrafında etirazları dalğalandırmağa başlamışdı. Prezident özü üçün müəyyənləşdirdiyi və komandası üçün etalon bir mesaja çevrilməsini istədiyi“mən xalqın xidmətçisiyəm” düsturunda  səmimiyyətini göstərərək, insan amilini digər amillərin, dəqiq desək, “Sovetski” ərazisindəki islahat maraqlarının fövqündə tutmağa hər kəsi məcbur edə bildi. Digər tərəfdən, dövlətin rəhbəri yaxşı başa düşürdü ki, söküntü işinə məsul insanların hansınınsa tamahkarlığı, pul gələn yerə öz maraqlarını qoymaq “xəstəliy”i də vətəndaşın mülkiyyət hüququnu ayaqlar altına ata bilər, bu ağır şərtlər altında yeni ərazi “soyad”ını almağa cəhd göstərən insanlar, nəinki ev, heç  özlərinə balaca koma belə qura bilməzlər. İkincisi,Sovetskinin sökülməsi xəbəri  mənzil işbazlarını əməlli-başlı hərəkətə gətirib və evlərin qiymətinin süni şəkildə artırılması kasıb “sovetski”lilərin belini qıran ikinci bir faktora çevrilə bilərdi. Üçüncü faktor az kvadrata malik insanların indiki bazar qiymətləri ilə əlinin boşda qalması ehtimalının böyüklüyü ilə bağlı idi ki, səlahiyyətli qurumlar təmkinli və mərhələli köçürmə siyasətinə üstünlük verdilər. 

Sakinlərin ifrat narazı kəsiminin tam ixtiyarına buraxılan köçürülmə prosesi Xutorda, Heydər Əliyev Mərkəzinin ətrafında, Neftçilər prospektində, Zağulba qəsəbəsində, Bayraq meydanı ərazisindəkianaloji vəziyyət  zamanı mülkiyyət hüquqlarının pozulması ilə bağlı presidentlər perspektivindən xeyli uzaqlaşdı.Proses məhkəmə instansiyaları səviyyəsinə çatacaq dərəcədə radikal cild almadı,əksinə xəfiflik əhalini də, məsul qurumları da gərginlikdən atlatdı. 

Amma insanların mənafeyi prizmasından bu gün verilən qərarlar o demək deyil ki, hökumət “Sovetski” məsələsinə yenidən qayıtmayacaq. Ultra müasir Bakı üçün utanc bir məhəllə olan “Sovetski”nin simasını, statusunu dəyişmək təxirəsalınacaq məsələ olsa da, biryolluq qatlanıb palaz altına qoyulacaq məsələlərdən  deyil. Çünki şəhərin “Sovetski” nahiyəsinin yeni eskizlərində bir dənə də köhnə bina qalmır və modern dəyişikliyin yanında keçmişdən bir iz saxlamaq ümumi kompazisiyaya ciddi xələl gətirir. Və yaxud, Abid Şərifovun yeni baş plan haqqında dediyi nəzəri lahiyədədə yeni tikililərlə köhnə tikililərin yanaşı addımlaması bərabər cızıla bilməz. Çünki orada saxlanması vacibliyini təsəlli edən memarlıq üslubunda bir tikili belə, yoxdur-“Sovetski”evləri Hollandiya evləri deyil.  Bundan başqa, nimdaş binalarda rekonstruksiya da nəzərdə tutulan islahata alternativlik edə bilməz. Bu baxımdan “kim istəyirsə, söküləcək, kim istəmirsə, yox” yanaşmasında əslində, ciddi bir məntiqsizlik də axtarmaq lazım gəlir. Həqiqət budur ki, hökumət yeninin və köhnənin sintezindən park yaratmaq proyektinə imza atmayıb, 1500 hektardan artıq ərazidə müasir standartlara cavab verən tam modern bir lahiyəni gerçəkləşdirmək iradəsi ortaya qoyub, amma indiki gərginlik altında prosesi iki mərhələyə bölmək məcburiyyətində qalır.

Birinci mərhələdə evlərini satmaq istəyənlərlə razılaşıb, ərazinin təxminən beşdə bir hissəni boşaltmaq, ikinci mərhələdə “Sovetski”də islahatları bütöv həyata keçirmək. Bəs, ikinci mərhələni hökumət necə həyata keçirəcək? Yəqin ki, bunun üçün yollar düşünməyəyetərincə zaman da olacaq, ola bilsin, əlavə maddi mənbələr də tapılacaq. “Sovetski” tarixin arxivindəki yerinə addımlarını mütləq atacaq.   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı