Modern.az saytının əldə etdiyi məlumata görə, Krımı üç həftədən çoxdur işğal edən Rusiya, günü və saatını açıqlamayaraq Krım üzərində ABŞ-a aid insansız hava təyyarəsini təsbit etdiyini və zərərsizləşdirdiyini açıqladı.
Rusiya ordusunda hərbi müşahidə və elektron casusluq texnologiyalarını idarə edən "Rostex"-in məlumatına görə ABŞ kəşfiyyat təyyarəsi yerdən 4 min metr hündürlükdə Krım üzərində uçuşlar reallaşdırarkən, Rusların "Avtobaza" sistemi ilə nəzarət altına alınmış və yerə endirilmişdir. Kəşfiyyat təyyarəsi hal-hazırda Krımdakı Rusiya ordusunun nəzarətindədir.Kəşfiyyat təyyarəsinin üzərindəki yazılardan müəyyən edilmişdir ki, pilotsuz hava vasitəsi Almaniyada yerləşən ABŞ-ın 66-cı kəşfiyyat bölüyünə aiddir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları hələki bu məsələyə rəsmi olaraq münasibət bildirməyib.
Modern.az