Modern.az

Ata üç uşağını pəncərədən atdı

Ata üç uşağını pəncərədən atdı

Təhsil

20 Mart 2014, 00:01

Modern.az saytının verdiyi məlumata görə,  Almaniyanın Münxen şəhəri yaxınlığındakı Treuchtlingendə 30 yaşındakı bir ata üç uşağını pəncərədən aşağı atdı. Sonra da intihar etmək üçün özü də pəncərədən tullandı.

Evin ikinci mərtəbəsindən  ataları tərəfindən aşağıya atılan uşaqlardan həyat mübarizəsi verən on aylıq körpənin həyatı təhlükəsi olduğu, iki və üç yaşındakı qız uşaqların isə ataları kimi ağır yaralı olduqları bildirildi.

22 yaşındakı yoldaşının bir neçə gün əvvəl onu tərk etməsi üzündən uşaqlarıyla intihar etmək istədiyi düşünülür.

Yaralıları iki vertolyot və bir təcili yardım ən yaxın xəstəxanalara apardı. 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı