Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Atletiko Madrid ilə möhtəşəm bir sezona imza atmaqda olan Arda Turana Avropanın nəhəng klublarını elçi düşüblər.
Yuventus klubu Arda Turan üçün təklif verməyə hazırlaşır. Gələn mövsüm 4-3-3-ə keçmək istəyən baş məşqçi Contenin ən böyük arzusu da Arda Turanın heyətinə qatmaqdır.
Məhşur futbolçu üçün İtalyan nəhəngi 40 milyon avronu ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Arda Turan Liverpul, Çelsi, Barselona və Monakonun transfer etmək istədiyi oyunçular arasında da gündəmə gəlmişdi.
Modern.az