Modern.az

Deputat bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

Deputat bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

Образование

27 Mart 2014, 10:58
Millət vəkili Vahid Əhmədov Novruz bayramı günlərində öz seçiciləri ilə Qubada bir sira maraqlı görüşlərdə və tədbirlərdə olub. Modern.az-ın məlumatıbna görə, ənənəsinə uyğun olaraq bir çox bayramlarda rayon əhalisi ilə  bir yerdə olan millət vəkili ilk olaraq rayonda təşkil olunmuş bayram tədbirlərində yaxından iştirak edib, əhalini bayram münasibəti ilə təbrik edib. Yaranmış imkandan istifadə edən Vahid Əhmədov hal-hazırda rayonda geniş vüsət almış kənd yollarını təmiri və tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə rayonun məsul şəxsləri ilə birgə Dağlı, Küpçal və Üçgün kəndlərində olub.Yerli əhali ilə görüşən millət vəkili Milli Məclisdəki fəaliyyəti ilə bağlı onlara məlumat verib, gələcək planlarindan danışıb.
Seçki ərəfəsində və sonrakı görüşlərində əhali tərəfindən qaldırılan problemlərin həlli istqamətində  atılan addımlardan bəhs edən millət vəkili onların  bir çoxunun  uğurla həyata keçirildiyini qeyd etmiş, yolun çəkilişi işinin ən  vacib suallardan olduğunu, hal-hazırda həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkilinin növbəti görüşü Rustov və Xanagah kəndlərində olub. Bu iki kəndi birləşdirən yolun çəkilişi işi ilə tanış olan deputat kənd əhalisinin görülən işlərdən məmunluğunun şahidi olub. Uzun illər həll olunmayan bu problemin həlli əhali tərəfindən böyük razılıqla qarşılanıb.
Qeyd etmək lazımdır ki, Quba- Qonaqkənd yolu da yenidən qurulan yollar sırasındadır. Bu yolun kənd camaatı üçün nə qədər vacib olmasını 86 kəndin əhalisinin bu yoldan istifadə etməsi faktı bir daha sübut edir. Ona görə də millət vəkili rayona hər gedişində bu  yolun çəkilişi ilə bağlı aparılan işlərlə mütləq yerində tanış olur, öz deputat səlahiyyətlərindən istifadə edərək lazım olan məsələlərin həllində öz köməkliyini göstərir. Bu dəfəki görüş də çox maraqlı olub, bir neçə məsələnin yerindəcə həllinə imkan yaradılıb.

 


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı