Modern.az saytı xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında orta məktəbdə 20 nəfər bıçaqlanıb.
Hadisə Pittsburq şəhəri yaxınlığında olub. Media məlumatlarına görə, bıçaqlayan da şagirddir, həmin məktəbdə oxuyur, o hazırda həbsdədir.
Yaralananlar 14 yaşından 17 yaşına kimi şagirdlərdir.
Onlardan 4-nün vəziyyəti ağırdır.