Modern.az

Britaniya XİN: “Rusiya Cenevrədə olan razılaşmaya əməl etmir”

Britaniya XİN: “Rusiya Cenevrədə olan razılaşmaya əməl etmir”

Образование

7 May 2014, 22:09

“Çox təəssüf ki, Rusiya Cenevrədə əldə olunan razılaşmaya əməl etmir”.  Modern.az xəbər verir ki, bunu Böyük Britaniya XİN rəhbəri Uilyam Heyq bildirib.

Nazir rəsmi Moskvadan tərəflər arasında əldə olunan razılaşmaya sadiq olmağa çağırıb : “Biz artıq bir neçə gündür ki, separatçıların Ukraynanın şimal şərqində hökumət binalarının zəbt etməsinin şahidi oluruq. Nəticədə baş verən qarşıdurmalarda insanlar ölür. Bütün bunların qarşısı dərhal alınmalıdır”.  Nazir Krım ssenarisinin hazırda Donbas şəhərində istifadə edildiyini bəyan edib: “Krımda baş verən hadisələrdən nəticə çıxararaq deyə bilərik ki, ölkənin şimal şərqində xüsusən də Donbasda qarşıdurmaları törədənlər Rusiyada döyüş hazırlığı keçən şəxslərdir. Hesab edirəm ki, Rusiya Ukraynanın daxili işinə qarışmamalıdır. Bu yolverilməzdir ”.

 

Günəş Fərhadlı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı