Modern.az

ALP-dən MESAJ: “Lalə Şövkət prezident olduqdan sonra bunun icrasına başlayacaq”

ALP-dən MESAJ: “Lalə Şövkət prezident olduqdan sonra bunun icrasına başlayacaq”

Образование

15 May 2014, 12:50

“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət prezident seçildikdən sonra partiyanın hazırladığı proqramları həyata keçirəcək. Hazırda Lalə xanım Azərbaycanın problemləri barədə analizlər aparıb Liberal Partiyanın mütəxəssisləri ilə proqramlar hazırlayır”. Bu sözləri Modern.az-a açıqlamasında ALP-nin sədri Əvəz Temirxan partiyanın perspektiv fəaliyyəti barədə danışarkən bildirib.

“Hazırda Lalə xanımın iştirakı  ilə hər sahəyə uyğun, o cümlədən Azərbaycanın problemləri ilə bağlı analizlər aparılıb Liberal Partiyanın mütəxəssisləri ilə proqramlar hazırlanır. Lalə xanım səlahiyyət əldə etdikdə, həmin proqramları həyata keçirəcək”.

 Ə.Temirxan “söhbət hansı səlahiyyətlərdən gedir” sualına isə belə aydınlıq gətirib: “Səlahiyyət geniş mənada işlənilir. Burada prezidentlikdən tutmuş, koalisyon hökumətə kimi məsələlərdən söhbət gedə bilər”.

ALP sədri vurğulayıb ki,  rəhbərlik etdiyi qurum hər zaman siyasi qüvvələrin toplaşdığı yeni birlik, blok yaratmağı fikirləşib.

“Biz həmişə bu birliklərin özülünə öz səmimiyyətimizi qoymuşuq. Ancaq tərəfdaşlarımızdan bəziləri səmimi olmadıqlarına görə niyyətlərimiz alınmayıb. Ümid edirəm ki, bundan sonra planlarımız reallaşacaq”- deyə Əvəz Temirxan vurğulayıb.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı