“Təcili yardıma saat 08:18-də çağırış olub. “Koroğlu” metrostansiyasında baş verən məlum hadisə ilə bağlı bir qadının vəziyyəti pisləşib. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib”. Bu barədə Modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib:
“Əvvəlcə bir briqada gedib. Onlar stansiyaya buraxılmayıb. Briqada hadisə yerinə çatanda yardıma ehtiyacı olan qadın artıq stansiyadan kənara çıxarılıbmış. Ona yerində müdaxilə edilib, ilk yardım göstərilib. Bundan başqa, üç nəfərin vəziyyəti pis olub. Bunlar təzyiq xəstələri, nevrozdan əziyyət çəkənlər olub ki, həyəcandan səhhətlərində problem yaranıb.”