Modern.az

“Mən heç kimə “partiya yaradıram” deməmişəm” - Əliməmməd Nuriyev

“Mən heç kimə “partiya yaradıram” deməmişəm” - Əliməmməd Nuriyev

Eğitim

26 May 2014, 17:22


“Mən heç kimə “siyasi partiya yaratmaqla bağlı işlər görülür” deməmişəm”. Bunu Modern.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əlməmməd Nuriyev deyib: 

“Bu o deməkdir ki, Əlməmməd Nuriyev faktiki olaraq işlər görür. Bu barədə mətbuatda yalan yazılıb. Jurnalist tərəfindən görmədiyim işlər faktiki olaraq boynuma qoyulub. Dediyim bir cümlə təhrif edilib. Yenə də təkrarlayıram: sadəcə, demişəm ki, yol üstəyəm, Türkiyəyə səfərə gedirəm. Qayıdandan sonra bütün suallara cavab verəcəyəm”.

Ə.Nuriyev partiya yaradacağı barədə suala belə cavab verib: “Bu məsələ ilə bağlı heç nə demək istəmirəm. Bu barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, yayılan məlumatlarda sabiq deputatın Yaşıllar Hərəkatı Partiyası yaradacağı bildirilirdi.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı