Modern.az

Arda Turan: "Prezident İlham Əliyevə təşəkkür edirəm"

Arda Turan: "Prezident İlham Əliyevə təşəkkür edirəm"

Təhsil

28 May 2014, 22:29

"Atletiko"nun türk futbolçusu Arda Turan Madrid klubunun Bakıya səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini bildirib.

Modern.az saytı Qol.Az-a istinadən xəbər verir ki, türk yarımmüdafiəçi Azərbaycanın Cümhuriyyət bayramı münasibəti ilə xalqımızı təbrik edib:

"Həm ölkəmin, həm də komandanın yanında olduğu üçün Azərbaycanın prezidenti İlham Əliyevə təşəkkür edirəm. Biz həm də Azərbaycanı təmsil edirik və bundan qürur duyuruq".

Arda həmçinin bildirib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir.

O, "Real"la qarşıdakı superkubok oyununda qələbə qazanacaqları təqdirdə, meydanda Azərbaycan bayrağını dalğalandırmasının mümkünlüyü haqda suala cavabında deyib:

"Biz Azərbaycanı təkcə yaşıl meydanlarda deyil, bütün arenalarda təmsil etməliyik".

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı