Modern.az

İlin Minik və Kommersiya Avtomobili bəlli oldu!

İlin Minik və Kommersiya Avtomobili bəlli oldu!

Təhsil

25 Avqust 2014, 12:30

Avqustun 9-da keçirilən Caspian Motor Show 2014 avtomobil sərgisində Nissan Altima bir daha “ ala biləcəyəniz ən yaxşı avtomobil”-dən biri olduğunu sübut etdi, belə ki, Nissan Altima İlin Minik Avtomobili nominasiyasında “Qızıl çarx” mükafatına layiq görülüb.

Altima avtomobili yüksək yanacaq qənaətinə, “ sürət və effektliyin” vəhdəti olan transmissiyasına, asan istifadə olunan texnologiyası və zərifliklə öhdəliyin ümumi balansına görə bu mükafatı qazanıb. Eyni zamanda Caspian Motor Show 2014 avtomobil sərgisində avropa brendi olan Dokker “İlin kommersiya avtomobili” mükafatına layiq görülüb. "Renault Dokker" - şəxsi və professional istifadə üçün nəzərdə tutulmuş, əla modulyasiyaya və öz sinfində ən iri yük yerinə (800 litr) malik olan 5 nəfərlik minivendir. "Dokker" adı "dockworker" ingilis sözündən (dok işçisi, liman anbar işçisi) irəli gəlir və modelin zahiri xarakteristikası yığcam düz xətlərdən, kub formasında olan hündür damdan, rahat dəbərdilən qapılardan və qoruyucu moldinqlərdən ibarətdir.

“Nurgün Motors” şirkətinin servis xidməti isə müştərilərə göstərdiyi xidmət və peşakarlığa görə “İlin avtoservis mərkəzi” nominasiyasında qalib oldu. Nurgun Motors Servis Mərkəzi üçün müştəri məmnuniyyəti həmişə əsas prioritet məsələ olaraq qalmaqdadır.


 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı