Modern.az

Keçmiş nazir kəndliləri güllələdi

Keçmiş nazir kəndliləri güllələdi

Təhsil

28 Avqust 2014, 11:39

Avqustun 24-də axşam saatlarında Tkviavi kənd sakinlərinə atəş açan Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı cinayət işi açılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş nazirin bu əməli nəticəsində “Gürcü arzusu” Partiyasının fəalları Vasili və Pavel Karelilər xəsarət alıblar. Belə ehtimal olunur ki, Okruaşvili iki mühafizəçi ilə qardaşların olduğu avtomobili qovub. Nəticədə keçmiş nazir qardaşların maşınına atəş açıb. Kareli qardaşlarının avtomobilinə üç güllənin dəydiyi bildirilir. Kənd sakinlərinin verdiyi məlumata görə, “Gürcü arzusu”nun fəalları yaxalanaraq möhkəm döyülüblər. Qardaşların hazırda harada olduqları bilinmir.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı