“ABŞ prezidenti Barak Obama İŞİD mövqelərinə yenidən zərbələr endirməklə bağlı qərarını verəcək. Bu, strateji məqamlarda ediləcək”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. Onun sözlərinə görə ABŞ Hərbi Hava Qüvvələri Suriya ərazisində fəallaşan İŞİD terrorçu qruplaşmasını məhv etməyə hazırdır.
Ağ Ev rəsmisi bunun ABŞ lideri Barak Obamanın qərarından sonra reallaşcağını söyləyib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays isə Obamanın qərarının detalları barədə açıqlama verməyib. O sadəcə olaraq bəyan edib ki, Ağ Ev rəhbəri Barak Obama İŞİD hədəflərini zərərsizləşdirməkdə qərarlıdır.Modern.az