Modern.az

Ukraynada daha bir deputatı zibil yeşiyinə atmaq istədilər – VİDEO

Ukraynada daha bir deputatı zibil yeşiyinə atmaq istədilər – VİDEO

Təhsil

24 Sentyabr 2014, 16:46

Ukraynada fəaliyyət göstərən “Sağ sektor” fəalları daha bir deputat – Vitali Qruşevskni zibil yeşiyinə atmaq istəyiblər. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ali Radanın yaxınlığında Qruşevskini yaxalayan fəallar onu Viktor Yanukoviç hakimiyyəti ilə əməkdaşlıq etdiyi üçün cəzalandırmaq istəyiblər.

“Sağ sekotr” üzvlərinin sözlərinə görə, Yanukoviçin keçmiş iqamətgahında aşkar olunan sənədlərdən birində deputatın onunla əməkdaşlıq etdiyi və 4 milyon dollar qarşılığında Raddakı “Azadlıq” fraksiyasını dağıtmağı öz üzərinə götürdüyü deyilir.

Xatırladaq ki, Regionlar Partiyasının üzvü olan Vitali Qruşevski 2014-cü ilin fevralında Yanukoviç hakimiyyəti devrilən zaman partiyasının sıralarını tərk etmişdi.

 

Vüqar İsmayılov
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı