Modern.az

“Nobelli yazarın tanınmaması bizim təqsirimizdir” – Ədəbiyyatçılar babalı oxucunun boynuna qoydu

 “Nobelli yazarın tanınmaması bizim təqsirimizdir” – Ədəbiyyatçılar babalı oxucunun boynuna qoydu

Eğitim

11 Oktyabr 2014, 10:10


Ədəbiyyat üzrə Nobel mükafatı bu dəfə fransız yazıçısı Patrik Mondianaya təqadim olundu. Əvvəlki bir neçə ildə olduğu kimi, ədəbiyyat nominassiyasında verilən mükafat hamını təəccübləndirdi. 2012-ci ildə Mo Yan, 2013-ci ildə Alis Munrodan sonra P. Modianionun nüfuzlu mükafata sahib olması ortaya yenə bu sualı çıxardı: geniş kütlə arasında tanınan qələm sahibləri “Nobel”dən niyə kənarda qalır? Yaxud Murakami kimi yazıçının kənarda qala-qala “ikinci liqa” yazıçısı Modiano hansı meyarla birinci olur?

Modern.az-a açıqlamasında yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı Modianinin tanınmayan yazıçı olması fikri ilə razı deyil. Tərcüməçi qeyd edir ki, onu tanımamaq əslində bizim problemimizdir: “ Patrik Modiananın ondan çox əsəri Rusiyada çap olunub. Bizim problemimizdir ki, vaxtında onun əsərləri ilə tanış olmamışıq, dilimizə çevirib.

Azərbaycan oxucuları ilə tanış etməmişik. O, dünyada kifayət qədər tanınır, ingilis, ispan , alman dillərinə tərcümə edilib. Bütün bunlarla bərabər Nobel komissiyasının özünün prinsipləri var. Onların müəyyən meyarları var. Ola bilsin yəhudi mənşəyi Modianoya da kömək edib. Amma mükafatı alan yazıçıya öz məlumatsızlığımız səbəbindən qiymət vermək olmaz. Düzdür, Kundera qədər , Murakami qədər tanınan olmasa da, dünya ədəbi aləmində kifayət qədər nüfuza sahibdir.  

Tənqidçi Cavanşir Yusiflinin fikrincə, Modiano istedadlı nasirdir. “Müasir dünya və fransız nəsrinin öndə geədən nümayəndələrindən biridir. Bu, İsveç Akademiyasının 18 üzvinin  qatıldığı müzakirədə verilən qərardır. Ancaq hər bir qurumun özünün strategiyası və prinsipləri var ki,  mükafat da həmin prinsipə uyğun verilir. Bəzən haqsız olaraq tənqid edirlər ki, mükafat nə üçün, məsələn,  Murakamı, Kunderaya verilmədi. Mükafat əslində həmin prinsip əsnasında seçilir. Komissiya mükafatı təqdim edəndə onun təyinatnıı da göstərir .

Qeyd olunur ki, hansı səbəbə filan yazıçıya mükafat verildi. Modianaya isə yaddaşın həssalığına, işğal dövründə Fransada baş verən hadisələr, insan yaşantılarının təsvirinə görə verildi. Deməli, mükafat komissiya tərəfindən dəstəklənən prinsipə verilir. Kiminsə mükafatı alması yerdə qalan yazıçıların aşağılanmasına gətiirb çıxarılmamalıdır. Mükafatdır, sən onu ala da bilərsən,  almaya da bilərsən. Burada yüksək prinsiplər rol oynayır.

Oxumayan adamlar deyirlər ki,  Modiani bu mükafata layiq deyildi, filan. Axı oxumamısan,  yazıçı haqqında bunu demək düzgün deyil axı. Deyirlər ki,  mükafat heç kəsin gözləmədiyi  yazıçıya verildi. Axı bu xurafat deyil ki,  axşam yatıb  yuxuda görəsən ki, mükafat filankəsə verilib. Bunu 18 nəfər komissiya üzvləri öz müzakirələrində müəyyən edilər. Hər bir beynəlxalq mükafat qurumunun öz siyasəti var. Bütün nominassiyalarda Nobel mükafatı bu siyasətə uyğun təqdim edilir”.

Elmin Nuri

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı