Modern.az

“V1 Challenge Azerbaijan”: həyəcan, qələbə və böyük izləyici marağı - FOTOLAR

“V1 Challenge Azerbaijan”: həyəcan, qələbə və böyük izləyici marağı - FOTOLAR

Образование

14 Oktyabr 2014, 12:09

Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı  ilə Bakıda ilk dəfə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar. Bakı Kristal Zalında anşlaqla keçən bu yarış tamaşaçılara maraqlı, həyəcan dolu anlar yaşadıb. Uşaqdan böyüyədək hər bir kəsin marağına səbəb olan yarışda idman avtomobillərində və  motosikletlərdə qeyri-adi tryuklar da nümayiş olunub. 12 ölkədən 14 pilotin iştirakı ilə keçirilən bu yarışda birinci yerin sahibi Fransalı pilot Anton Huber, 2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livanlı Abdo Feqali olub. Azərbaycanlı pilot Adil Axundov 12 ölkə arasında 4-cü yerə yüksəlib. Qeyd edək ki, həyəcan və adrenalin dolu anlar yaşatmaqla yanaşı, yarış həm də Azərbaycanda avtomobil idmanının inkişafına yönəlmiş bir layihədir. Bu şou çərçivəsində tamaşaçılar Azərbaycan Avtomobil Federasiyası tərəfindən tezliklə təqdim ediləcək və böyük maraqla gözlənilən daha bir layihə-«Klassik Avtomobil Sərgisi»nə daxil olan bir neçə retro avtomobillə də  tanış ola biliblər. Xatırladaq ki, sərgi yaxın müddətdə Heydər Əliyev Mərkəzində açılacaq. 

“V1 Challenge Azerbaijan” yarışından fotosessiyanı təqdim edirik.



 

 


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı