Modern.az

Qol vurub kəllə-mayallaq aşan futbolçu öldü - VİDEO

Qol vurub kəllə-mayallaq aşan futbolçu öldü - VİDEO

Образование

20 Oktyabr 2014, 13:50

Hindistanlı 23 yaşlı futbolçu Piter Biaksanqzuala qol vurduqdan sonra dünyasını dəyişib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Biaksanqzuala Hindistanın Mizoram ştatında keçirilən yüksək liqanın oyununda effektli qol vurub. Bundan sonra oyunçu bir heçə dəfə kəllə-mayallaq aşıb, nəticədə başı yerə dəyib.

Heç nədən şübhələnməyən klub yoldaşları vurduğu qola onunla birgə sevinmək istəyiblər, ancaq birdən hiss ediblər ki, Piter ciddi xəsarət alıb. Futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı