Modern.az

Azərbaycanla Avropa Şurasının əməkdaşlığı müzakirə olundu

Azərbaycanla Avropa Şurasının əməkdaşlığı müzakirə olundu

Eğitim

24 Oktyabr 2014, 18:02


Oktyabrın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub.

Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi də  aparılıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı