Modern.az

Fövqəladə vəziyyətdə istifadə olunan saat buraxıldı

Fövqəladə vəziyyətdə istifadə olunan saat buraxıldı

Образование

15 Noyabr 2014, 23:28

İsveçrənin “Limmex” markası altında, “Gemalto” şirkətinin də iştirakı ilə unikal saat istehsal olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu saat fərdi təhlükəsizlik və iri kommunikasiya opreatoru sisteminə malikdir. Saatın unikallığı ondadır ki, ilk növbədə “həyəcanlı düyməsi” var. Yeni saat xüsusu olaraq uşaqlar, yaşlı insanlar üçün nəzərdə tutulur. Sağlamlığı ilə bağlı problemi olanlar fövqəladə vəziyləri vəziyyətdə bir göz qırpımında əzizləri və yaxınları ilə saatdakı yeganə düyməni basmaqla əlaqə qura biləcəklər.

“Limmex” şirkətinin məhsulu ənənəvi İsveçrə saatına bənzəyir. Ancaq fövqəladə vəziyyətlərdə əlaqə yaratmaq üçün mikrofonla təchiz olunub və səsucaldanı var. Təcili çağırış saatın üstünə basmaqla həyata keçirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı