Modern.az

Azərbaycanda nazirliklər ovçuları belə yoxladılar - AÇIQLAMA

Azərbaycanda nazirliklər ovçuları belə yoxladılar - AÇIQLAMA

Təhsil

17 Noyabr 2014, 11:05


Noyabrın 13-16-da Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə,  Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri  Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron  götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Beyləqan rayon, Mil qəsəbəsi sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub.

Eyni zamanda, Bərdə, İmişli və Fizuli rayonları ərazisində ov edən 4 naməlum şəxs saxlanılıb.

Faktla bağlı akt tərtib olunaraq həmin şəxslərdən 4 ov tüfəngi, 21 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı