Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları paytaxtda avaralıq və dilənçiliklə məşğul olan dəstə ilə bağlı əməliyyat keçirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunub, profilaktik söhbətlər aparıldıqdan sonra onlardan 3 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib.
Modern.az