Modern.az

Akademiyada yeni idarə yaradıldı

Akademiyada yeni  idarə yaradıldı

Образование

10 Dekabr 2014, 18:07

AMEA-da informasiya siyasətinin müasir tələblərə uyğun şəkildə qurulması, elmi informasiyanın populyarlaşdırılması sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib. Modern.az xəbər verir ki, bununla əlaqədar olaraq, Rəyasət Heyətinin 2014-cü il 15 oktyabr tarixli qərarı ilə “İctimaiyyətlə əlaqələr şöbəsi” ləğv edilib. Şöbənin bazasında AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb.

AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilən iclasında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Əsasnaməsi və strukturu təsdiq edilib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı