Modern.az

Deputat gənc seçicilərlə görüşdü

 Deputat gənc seçicilərlə görüşdü

Образование

16 Dekabr 2014, 10:07

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli  bu günlərdə bələdiyyə seçkiləri ilə bağlı gənc seçicilərlə görüşüb. Respublikada və rayonda bələdiyyə seçkilərinə  hazırlıq işlərindən  danışan millət vəkili əminliklə bildirib ki, lənkəranlılar həmişəki kimi  bu seçkilərdə də yüksək  fəallıqlarını  göstərməklə layiqli insanlara səs verəcəklər. Söhbət zamanı qeyd edilib ki, bələdiyyələr müstəqil qurumdur, artıq  dördüncü dəfədir ölkəmizdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir .Vurğulanıb ki, bələdiyyələr idarəetmənin xüsusi forması olmaqla  bu seçkilərdə cəmiyyətin bütün qurupları  iştirak  edir. Bələdiyyə üzvlüyünə namizədlər arasında qadınların iştirakı xüsusi qeyd olunub. Bu gün rayonda bələdiyyə üzvlüyünə namizədliyini vermiş gənclərdən  30%-dən çoxunu qadınlar, 40%-ə qədərini gənclər təşkil edir.

Bir necə gün öncə respulikada müxalifət partiyalarının nümayəndələri ilə keçirilən görüşdə danışılmış  məsələlər geniş müzakirə olunub. Rayonun sosial iqtisadi problemləri ilə bağlı aparılan tikinti-quruculuq işlərinin  miqyası xüsusi vurğulanıb və müsbət dəyişikliklər qeyd edilib. Çıxış edənlər bələdiyyələrin artan rolunu xüsusi qeyd ediblər. Təssüf hissi ilə bildiriblər hələdə bəzi insanlar cəmiyyətdəki çatışmazlıqları şişirtməyə çalışırlar, ağa qara deyir, aparılan abadlıq-quruculuq işlərinə, eyni zamanda sosial-iqtisadi sahədə olan hərtərəfli və qlobal inkişafa kölgə salmaq istəyirlər.

Görüşdə kənd yollarının təmiri, qaz xətlərinin çəkilişi işlərinin sürətləndirilməsinə diqqətin  artırılması arzusu səsləndirilib. Sonda da gənclər dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin qorunması naminə apardığı mübarizədə dövlət başçısı İlham Əliyevlə həmrəy olduqlarını bildirərək  respublikanın daxili və xarici siyasətində tutduğu xətti ürəkdən  bəyəndiklərini bildiriblər.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı