Modern.az

Baş nazirə mayonez atdılar - FOTOLAR

Baş nazirə mayonez atdılar - FOTOLAR

Образование

22 Dekabr 2014, 21:42


Belçikada feministlər sərt iqtisadi siyasətini dayandırması üçün baş nazir Şarl Mişelin üstünə  kartof frisi və mayonez atıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Nomyur şəhərində vallonski sahibkarları qarşısında çıxış edib. Onun çıxışı zamanı qara geyimli, üzləri bağlı iki qadın qışqırmağa başlayıb: “Mişel, rədd ol! Sərt iqtisadiyyat, rədd ol!” Onlardan biri baş nazirin üstünə kartof frisi, digəri mayonez atıb. Femen hərəkatının üzvü olan qadınları oradan təhlükəsizlik xidmətnin əməkdaşları uzaqlaşdırıblar.

Məlum olub ki, onlar zala Luvenski Katolik Universitetinin tələbələri kimi qeydiyyatdan keçməklə daxil olublar. Baş nazir paltarını dəyişdirmək üçün çıxışını dayandırmalı olub. O, yenidən çıxışını davam etdirmək üçün qayıdanda alqışlarla qarşılanıb. Mişelin rəsmi nümayəndəsinin sözlərinə görə, hökumətin başçısı baş verənləri yumor kimi qəbul edib və qadınları məhkəməyə verməyəcək.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı