Modern.az

“Əhali arasındakı ajiotajın səbəbkarı Mərkəzi Bankdır” - Vüqar Bayramov

“Əhali arasındakı ajiotajın səbəbkarı Mərkəzi Bankdır” - Vüqar Bayramov

Education

17 Fevral 2015, 16:38

“Bu gün valyuta dəyişmə məntəqələrinin əksəriyyətinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb”.

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

O qeyd edib ki, Mərkəzi Bank əhali arasında yaranan ajiotajı aradan qaldırmaq üçün izahat verməlidir: “Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında isə ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar”.

Ekspert hesab edir ki, Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzu olunan deyil: “Amma manatını dollara çevirən vətəndaşlar onsuz da bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcək. Mərkəzi Bank müxtəlif dolayı metodlar, o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı