Azərbaycan prezidenti İlham Əliyev baş nazir Artur Rəsizadəyə “Şöhrət” ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə, ölkə başçısı Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rəsizadə “Şöhrət” ordeni ilə təltif edilsin.
Modern.az