Modern.az

Bakıdakı "Heydər" məscidinə rəhbər təyin olundu

Bakıdakı "Heydər" məscidinə rəhbər təyin olundu

Eğitim

28 Fevral 2015, 14:37


Bir müddət öncə Bakının Binəqədi rayonu ərazisində açılışı olan "Heydər" məscidinə rəhbər təyin olunub. Modern.az saytı islam.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış  "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

"Hələlik məscidə axundlar təyin edilməsə də, bir neçə axundun təyinatı gözlənilir. Əldə etdiyimiz digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək"-deyə sayt yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı