Modern.az

Heydər Əliyev Fondu cəbhə bölgəsində körpələr evi-uşaq bağçası tikdirir

Heydər Əliyev Fondu cəbhə bölgəsində körpələr evi-uşaq bağçası tikdirir

Education

6 Mart 2015, 11:23

Heydər  Əliyev   Fondunun  maliyyə  dəstəyi ilə Horadiz  şəhərində  ən müasir standartlara cavab verən ikimərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsinə verilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olmaq məqsədilə körpələr evində olub.

İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, ikimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin  sosial  müdafiəsinə  xidmət edən çoxsaylı xidmətləri füzulililərin Heydər Əliyev Fonduna, fondun prezidenti  Mehriban Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.
Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti arzulayıblar.

Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala  Bəhmənli  kəndində  tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaq. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir. 







Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı