Modern.az

Milli Mətbuat tariximizə töhfə

Milli Mətbuat tariximizə töhfə

Образование

10 Mart 2015, 11:48

Azərbaycan  Milli  Mətbuatın yaradılmasının  140 illiyi ərəfəsində Azərbaycan jurnalistika  tarixindən  bəhs edən “İstoriya Azerbaydjanskoy jurnalistiki” adlı kitab işıq  üzü görüb. Modern.az xəbər verir ki, Azərbaycanın tanınmış jurnalistləri - Azərbaycan  Jurnalistlər Birliyinin  üzvü, pedaqogika üzrə fəlsəfə  doktoru  Qafar Əsgərzadə, əməkdar jurnalist Akif Təvəkküloğlunun  müəllifliyi ilə ərsəyə gələn bu kitab oxuculara rus dilində  təqdim olunur.

455  səhifədən  ibarət olan  kitab  bu sahədə respublikada ilk olmaqla, Azərbaycanda mətbuatın  təşəkkülündən bu günə qədər olan dövrü, eləcə də radio və televiziya  tarixini  özündə ehtiva edir.

Kitabda «Əkinçi” qəzetindən bu günə qədər  keçən  qəzet  və jurnal  jurnalistikası  tarixi, mühacirət və diasporada jurnalistika, həmçinin, Azərbaycanda radio və  televiziyanın  təşəkkülü, müxtəlif  agentliklərin  fəaliyyəti barədə oxuculara  müfəssəl  məlumat  verilir.

Azərbaycanda bu sahədə kitabın ilk dəfə rus dilində çıxması zənnimizcə çox əhəmiyyətlidir. Belə ki, bu kitab respublikada yaşayan rus dilli əhali, ali məktəblərin rus bölmələrində  təhsil  alan  tələbələr  və müəllimlər,  rus dilli mətbuatın əməkdaşları  üçün  dərslik  kimi, eləcə  də MDB və digər bölgələrdə dəyərli mənbə kimi böyük əhəmiyyətə malikdir.

Uzun müddət gərgin əmək və zəhmət bahasına ərsəyə gələn kitab çox zəngin faktlar və mənbələrə əsaslanıb.

Kitaba  Azərbaycan  mətbuatında  xüsusi  yeri olan  şəxslər  rəy vermiş, məsləhətçi olmuşlar.

 Kitabın ərsəyə gəlməsində təbii ki, redaktorların  da xüsusi əməyi olmuşdur.

Zənnimizcə, bu  kitab müəlliflər  tərəfindən  Azərbaycan  Milli Mətbuatın 140 illiyinə  ən  böyük dəyərli töhfəsidir.



Modern.az
                                         

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı