Modern.az

Xəbər saytları üçün “Qaynar xətt” yaradılacaq

Xəbər saytları üçün “Qaynar xətt” yaradılacaq

Образование

13 Mart 2015, 14:40


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransda saytlarda dil xətalarının aradan qaldırılması məqsədilə “Qaynar xətt” in yaradılması haqqında da qərar qəbul edilib.

İnstitutun direktoru, akademik Tofiq Hacıyev xəbər portallarına dillə bağlı məsələlərdə kömək edəcək “Qaynar xətt”in  tezliklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində fəaliyyətə başlayacağını bildirib.

Elmin NURİ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı