Əlcəzair vətəndaşı arvadını ilk dəfə makiyajsız görəndən sonra onu məhkəməyə verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cütlüyün adları açıqlanmasa da, bildirilir ki, toydan sonra səhər əlcəzairli təzəbəy yuxudan ayılıb və arvadının “təbii üzünü” görüb. Məlumata görə, təzəbəy şok vəziyyətinə düşərək, qarşısındakının bir gün əvvəl evləndiyi gəlin olduğuna inanmayıb.
İndi o, arvadını “fırıldaçılığa” və “psixoloji əzaba” görə məhkəməyə verəcək. Bundan əlavə, əlcəzairli 20 min dollar kompensasiya da tələb edir.
“O deyib ki, toya qədər xanım çox gözəl və cazibəli görünüb”, - yerli mediaya mənbə belə bildirib. Mənbənin sözlərinə görə, toydan sonra təzəbəy arvadını kosmetikasız görəndə qorxub və elə hiss edib ki, bu, oğrudur.

Modern.az