Modern.az

Cəbhə xəttində monitorinq keçiriləcək

Cəbhə xəttində monitorinq keçiriləcək

Образование

3 Sentyabr 2015, 10:34


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 4-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı