Modern.az

Cehiz vacibdir, yoxsa təhsil? - DİM sədri valideynlərdən şikayətləndi

Cehiz vacibdir, yoxsa təhsil? - DİM sədri valideynlərdən şikayətləndi

6 Mart 2023, 13:40

"Repetitor və kurs valideyn üçün bir növ asan bir yoldur ki, məsuliyyəti öz üzərindən götürsün. Təbii ki, bu, əlavə maliyyə vəsaiti tələb edir, bundan narazılıq ola bilər".

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib.

 

DİM sədri qeyd edib ki, əvvəllər Azərbaycan ailəsində qız uşağı anadan olanda uşağın balaca vaxtından ona cehiz yığmağa başlayırdılar:

 

"O cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur. Cehiz üçün pul xərcləmək daha vacibdir, yoxsa təhsil vermək, müxtəlif dillər öyrətmək, gələcəkdə müstəqil insan kimi həyatda özünü doğrultmasına çalışmaq?Valideynlər bilirlər ki, keyfiyyətli təhsil vermək üçün gərək ya özləri vaxt sərf etsinlər, ya da əlavə vəsait xərcləsinlər. Bu, bütün dünyada belədir. Bizdə tələbələrin yarıdan çoxu pulsuz təhsil alır. Daha yaxşı hazırlaşmaq lazımdır ki, pulsuz təhsil ala bilsinlər. Ödənişli təhsil almaq üçün universitetə qəbul olmaq çox asandır, 200 baldan yuxarı nəticə göstərənlər özəl ali məktəbə qəbul olub ödənişli təhsil ala bilərlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti