Modern.az

Deputat nazirin təklifini bəyənmədi: Düzgün deyil

Deputat nazirin təklifini bəyənmədi: Düzgün deyil

Təhsil

13 Mart 2023, 11:20

Elm və təhsil naziri Emin Əmrullayev idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Amma bildirim ki, Azərbaycan reallığında bunu etsəniz, neqativ halların qarşısını ala bilməyəcəksiniz.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

 

“Azərbaycan reallığında bunu etmək düzgün olmayacaq. Bildirim ki, hər il onlarla şəxs övladlarının ali məktəblərə qəbul olması ilə bağlı rektorlarla görüşməyimi istəyir. Amma mən bunu etməmişəm, etmərəm də. İndi sizin təklifinizlə həmin şəxslər üçün daha da şərait yaradılacaq”,- deyə deputat bildirib.

Bu xəbər ilə bağlı
İdmançılar ali məktəbə imtahansız qəbul olunacaq
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir