Modern.az

MİQ nəticəsindən imtina edənlər müxtəlif bəhanələr irəli sürür

MİQ nəticəsindən imtina edənlər müxtəlif bəhanələr irəli sürür

Təhsil

10 İyul 2023, 15:56

MİQ nəticələrindən imtinaların fərqli səbəbləri var. Bəziləri məlumatsız olduqlarını, bəziləri isə qəbul olduqları məktəblərin harada olduğunu bilmədiklərini deyərək, müxtəlif bəhanələr irəli sürür.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə deyib.


"İmtinaların sayı o qədər də çox deyil. Əslində bu, yaxşı xəbərdir. İmtinaların fərqli səbəbləri var. Bəziləri məlumatsız olduqlarını və ya qəbul olduqları məktəblərin harada olduğunu bilmədikləri kimi bəhanələr irəli sürür. Ancaq Elm və Təhsil Nazirliyinin Məlumat Mərkəzi hər zaman bununla bağlı informasiya verib",- deyə o vurğulayıb.

 

Qurum rəsmisinin sözlərinə görə, MİQ nəticələrindən imtinalar kütləvi deyil: “Bir namizəd MİQ nəticəsindən imtina edirsə, o, həmin il təklif edilən digər vakansiyadan da imtina etmiş sayılır".

 

"MİQ ilə bağlı keçid balını açıqlamaq tezdir. Sabahdan etibarən baş tutacaq test imtahanlarının nəticələrinə əsasən keçid balı açıqlanacaq”, - deyə N.İsmayılbəyli qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi