Modern.az

Xaricdə ali təhsil alanların imtahan vaxtı dəyişdirildi

Xaricdə ali təhsil alanların imtahan vaxtı dəyişdirildi

Təhsil

31 İyul 2023, 13:02

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

 

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da keçirməyi planlaşdırdığı müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan texniki səbəblərdən avqustun 1-nə keçirilib.

 

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi