Modern.az

Təkrar sertikasiyadan kəsilən müəllimlərin müraciətinə BAXILIR

Təkrar sertikasiyadan kəsilən müəllimlərin müraciətinə BAXILIR

Təhsil

10 İyun 2024, 11:08

Bu gündən təkrar sertifikasiya imtahanında keçid balını toplamayan müəllimlərlə iş üzrə komissiyalar fəaliyyətə başlayıb.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib.

Belə ki, keçid balını toplamayan müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Xatırladaq ki, iyunun 8-də müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib.

Qeyd edək ki, 8 mindən çox müəllim sertifikatlaşdırılması prosesinin test və müsahibə mərhələlərinə cəlb edilib. Onların hamısı ötən il keçid balını toplaya bilməyənlərdi.

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq.

Test imtahanında 60 baldan ən azı 30 bal toplamış müəllimlər müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində isə 40 baldan ən azı 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilirlər.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
MİNA PARTLADI-2 hərbçimiz həlak oldu