Modern.az

Deportasiya olunmamaq üçün öz pasportunu YEDİ

Deportasiya olunmamaq üçün öz pasportunu YEDİ

Güncel

18 Avqust 2016, 17:57

Qambiyadan olan qanunsuz miqrant Fransadan deportasiya olunmamaq üçün qeyri-adi yola əl atıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı Bubakar Saydu Tuluza aeroportunda gətirildiyi zaman hava limanını əməkdaşları önündə öz pasportunu yeməyə başlayıb.

 

Daha sonra polislərlə mübahisə edən qambiyalı təyyarənin göyərtəsindən qaçmışdı.

 

Məhkəmənin qərarı ilə Qambiya vətəndaşı 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu müddət başa çatdıqdan sonra o, Qambiyaya deportasiya olunacaq.

  

 

 

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı