Modern.az

“Qalatasaray” Fatih Terimi istefaya göndərdi

“Qalatasaray” Fatih Terimi istefaya göndərdi

Aktual

10 Yanvar 2022, 15:04

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

 

Modern.az-ın məlumatına görə, İstanbul təmsilçisi təcrübəli mütəxəssisi istefaya göndərib.

 

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Onunla görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

 

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı