Modern.az

165 manata görə ölümlə HƏDƏLƏDİLƏR

165 manata görə ölümlə HƏDƏLƏDİLƏR

Aktual

11 Yanvar 2022, 10:50

Yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıblar.

 

Rəsmi məlumata görə, hazırda Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı