Modern.az

Mədəni irs iqtisadi və sosial dirçəlişin əsas hissəsidir

Mədəni irs iqtisadi və sosial dirçəlişin əsas hissəsidir

Mədəniyyət

Bu gün, 16:20

Münaqişələr zamanı şəhərlərin əsas hədəfə çevrildiyi və mədəni irsin qorunmasının postmünaqişə bərpasında mühüm rol oynadığı bildirilib.

Modern.az xəbər verir ki, bunu Lazare UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Elundu Assomo  Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə videomüraciət zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən sessiyada iştirak etməkdən qürur duyur və şəhər dünya irsi statusuna malik mühüm mədəni mərkəzdir.

UNESCO rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev forum zamanı “mədəni irs və ətraf mühitin qorunması olmadan inkişafın mümkün olmadığı” fikrini səsləndirib və bu yanaşma postmünaqişə dövründə şəhərlərin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Lazare Elundu Assomo qeyd edib ki, keçirilən panel yalnız Azərbaycanın təcrübəsini öyrənmək üçün deyil, həm də münaqişədən zərər çəkmiş şəhərlərin inkişafına dəstək baxımından vacib platformadır.

O bildirib ki, “SECURE” modeli mədəni irsin postmünaqişə bərpasına inteqrasiyası üçün mühüm təşəbbüsdür:

“UNESCO və Dünya Bankı 2018-ci ildə ‘Mədəni İrs və Şəhər Regenerasiyası’ – CURE çərçivəsini hazırlayıb. Bu metodologiya mədəni irsin şəhərsalma və inkişaf planlarına inteqrasiyasını nəzərdə tutur”.

Assomo vurğulayıb ki, CURE modeli hökumətlər və icmalar üçün etimadın bərpası, yerli iqtisadiyyatın canlandırılması və mədəni kimliyin gücləndirilməsi baxımından praktik mexanizm təqdim edir:

“Bu çərçivənin hazırlanmasında şəxsən iştirak etmişəm”.

UNESCO rəsmisi qeyd edib ki, son onilliklərdə münaqişələrin xarakteri dəyişib və şəhərlər artıq müharibələrin əsas hədəfinə çevrilib:

“UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir çox şəhərlər ciddi dağıntılarla üzləşib”.

O əlavə edib ki, təqdim olunan videolarda da dağıdılmış şəhərlərin və ağır nəticələr yaşayan icmaların vəziyyəti açıq şəkildə görünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı