Modern.az

Dəmiryol Muzeyinə giriş pulsuz olacaq

Dəmiryol Muzeyinə giriş pulsuz olacaq

Mədəniyyət

16 May 2026, 13:12

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Modern.az-a verilən məlumata görə, ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik.

Məlumatda bildirilir ki, muzeyə giriş sərbəstdir.

Qeyd edək ki, bu il “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi