Modern.az

Nemət Pənahlı ittihamları rədd edib

Nemət Pənahlı ittihamları rədd edib

Ölkə

12 Yanvar 2011, 12:59

Nemət Pənahlı özünə qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Bu barədə Modern.az-a N.Pənahlının vəkili Elçin Sadıqov bildirib. Nemət Pənahlı bildirib ki, onun həbsi sifarişlidir və son zamanlar qəzetlərdə yazdığı yazılarla bağlıdır.

“Bütün bu məsələ quraşdırılıb. Nemət bəyin satdığı avtomobilin guya xarab olması və bu səbəbdən maşının sahibi ilə dava etməsi barədə deyilənlər yalandır. Əsas məsələ başqadır”-deyə vəkil Elçin Sadıqov bildirib.

Hazırda Nemət Pənahlı Bakı şəhər istintaq təcridxanasında saxlanılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı