Bu gün Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, məhdudiyyət aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlıdır.
Həmçinin, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə bu gün saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcədə Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Gülşən RAUFQIZI