Avropanın 10 ölkəsinin və Avropa polis agentliyinin birgə əməliyyatı zamanı 42 professional internet-fırıldaqçı həbs olunub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, cinayətkarlar 3,5 milyon avroluq 3 mindən çox onlayn-əməliyyat keçiriblər.
Kredit kartlardan oğurlanan məlumatların köməyi ilə onlar internetdən bahalı məhsullar əldə ediblər.
Əməliyyatlarda Avstriya, Böyük Britaniya, İrlandiya, İspaniya, Hollandiya, Portuqaliya, Rumıniya, Finlandiya və Fransanın polis orqanları iştirak edib.
Axtarış 120 yerdə aparılıb. Onların ünvanları internet-mağazalardan, pullu servislərdən və nəqliyyat şirkətlərindən götürülüb. Nəticədə çox sayda müxtəlif bahalı məhsul, o cümlədən elektronika, smartfon, planşet, saat və geyim müsadirə olunub.
Fırıldaqçılar digər fəaliyyətlə, şəxsiyyət vəsiqələrinin saxtalaşdırılması, kiber hücumların təşkili, oğurlanan pasportlardan istifadə, qanunsuz miqrasiyaya vasitəçilik, cinayətkar vasitələrin yuyulması və terrorçuluğu dəstəkləməklə də məşğul olublar.
Modern.az