MHP-nin İqdırdan olan millət vəkili Sinan Oğan Azərbaycan xalqına müraciət edib. Müraciətində türkiyəli deputat Naxçıvan və Azərbaycanının da daxil olduğu bölgənin təhlükə altında olduğunu vurğulayıb. Sinan Oğanın müraciətində deyilir:
“Ermənistanda olan Metsamor Atom Elrktrik Stansiyası dünyanın ən köhnə və ən təhlükəli stansiyasıdır. Bu stansiya zəlzələ bölgəsindədir. Ola biləcək bir zəlzələdə Metsamor AES-in dağılma və radiasiya sızdırma ehtimalı son dərəcə yüksəkdir. Bunu bütün beynəlxalq araşdırmalar də ortaya qoymuşdur.
Ermənistan yalnız Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyib, eyni zamanda Metsamor AES-lə də Azərbaycanı, Naxçıvanı, və bütün bölgəni təhdid etməkdədir. Bu stansiyanın dərhal bağlanılması lazımdır. Biz bunun üçün təxminən 7 ildir səy göstəririk. Ancaq bunlar kifayət etmir, sizlərin də bu mübarizədə aktiv iştirak etməniz lazımdır.
Türkiyə Böyük Millət Məclisində çıxışlarımız, bu mövzuda təşkil etdiyimiz elmi konfranslar, onlarla TV proqramı və indi də Facebook-da yaratdığımız qrup və saytda da bu işləri davam etdirməkdəyik.
Sosial şəbəkə olan Facebook-da //www.facebook.com/sinanogan.com.tr ünvanında Metsamor AES-in bağlanması üçün vətəndaş cəhdi adı altında və //www.facebook.com/?ref=tn_tinyman#!/groups/110934165685438/ ünvanında bir açıq qrup qurduq.
Yenə //turksam.org/metsamor/ adlı bir saytımız artıq 7 ildir fəaliyyətdədir. Lütfən bu qruplara qatılaraq ən qısa müddətdə 100 min imza toplamağımıza və fəaliyyətləri buradan davam etdirməmizə dəstək olun. Keçirəcəyimiz konfransları, mitinqləri və digər bütün fəaliyyətlərimizi bu qrup üzərindən koordinasiya edəcəyik. Metsamor AES haqqındakı detallı araşdırmalarımızı da bu ünvanlardan öyrənə bilərsiniz...”.
Modern.az