Modern.az

Modelyer Fəxriyyə Xələfova: “Moda aləminə eleqantlıq qayıdışı var” (MÜSAHİBƏ)

Modelyer Fəxriyyə Xələfova: “Moda aləminə eleqantlıq qayıdışı var” (MÜSAHİBƏ)

Страна

6 Dekabr 2011, 12:16


Artıq 2011-ci ilin son ayını yaşayırıq.  Zövqlə geyininən və modanı yaxından izləyən xanımlar 2012-ci ilin dəbi ilə maraqlanır və qarderoblarını yeniləyirlər. Tezliklə qədəm qoyacağımız qış mövsümü və eləcə də qarşıdakı yaz-yay mömsümünün dəbi barədə tanınmış modelyer Fərxiyyə Xələfova Modern.az saytına ətraflı məlumat verib.

- Fəxriyyə xanım, indi hansı geyimlər daha çox aktualdır?

- Hər şeydən öncə, bir məsələyə diqqət yetirməyinizi  istəyirəm. Dəb nə deməkdir?
Dəb müasirlikdir. Qadınların əksəriyyətini özlərininin gözəl görünüb-görünmədikləri, müasir geyinmək problemləri narahat edir. Qeyd etmək lazımdır ki, geyimin estetik rolu hər şeydən əvvəl zahiri mədəniyyətin digər  faktorları ilə  yanaşı, insanın mənəvi zənginliyini, onun ətraf aləmlə harmonik əlaqəsinin təzahürü deməkdir.

Hazırki dəb geyim üçün  konkret nəyisə təklif etmir, əksinə, sərbəst seçimə daha çox üstünlük verir. Bu seçimin əsası da rahatlığı təmin etməkdir. Bu elə bir mövsümdür ki, hər biriniz ən gözəl cizgilərinizi xüsusi olaraq cəlb etdirəsiniz.

Ümumiyyətlə, bugünkü  modanın  tələblərinə cavab olaraq, geyimdə komfort və xarici effekt görünüşünə nail olmaq lazımdır. Modeli yaratdıqda dizayner əsas iki prinsipə - qeyri-adi  formanın axtarışı və yeni materialların istifadəsinə söykənir. Bunun üçün parçanın fakturası da mühüm rol oynayır. Parçanın ornamenti, azacıq da olsa parlaqlıq, yumşaq xovlu və dekorla zəngin, geyimin biçim detalları və.s. önəmlidir.

Modelyerlər də müasir kulinarlar kimi, bütün dünya mətbəxinin reseptlərini öyrənib, axırda özünün ən yeni üslubunu yaradır.

Ənənəvi Şərq-Avropa yaradıcılığı və ya Hindistan, Uzaq Şərq və ya Yaponiya-bütün bunlar rəssam dizayner üçün improvizasiya materialıdır. Bu günkü modanın tələbələri o qədər qeyri-adidir ki, xaraktercə bunların geyimin bir hissəsi olduğu faktdır.

Bu mövsümdə həmişə praktik sayılan şalvarlar aktual olacaq., bununla yanaşı, dəbli  geyinən  xanımların qarderobunda mövsümün hiti hesab edilən müxtəlif biçimdə ətəklər (yubka) də olacaq. Hansı ki, yeni maraq kəsb edir. Burada ayaqqabı modasının inkişafı da əsasdır. Bu ətəklər dəbdəbəli uzunboğaz çəkmə və  tuflilərlə ideal uzlaşma təşkil edir. Kosmopolit tərz modaya dar, ətəyi dizə qədər uzunluqda kostyumla həmahəng, köynək-blüzla və ya ikili geyim növü ilə  birlikdə  geyinməyi diktə edir. 

Dediyim kimi şalvar ətəklər qədər müvəffəqiyyət qazana bilmir. Amma onlara modanın inkişafı ilə əlaqədar, müxtəlif faktur və rənglər, dekorativ detallarla, yəni mürəkkəb formalı kəmərlərlə, zəncir və brelokla və ya onlarsız təlabat arta  bilər.

Ətəklər düz və bir qədər  aşağıya doğru assimetrik kəsiklər, plissirovka olunmuş detallar və qatlarla, yeni tip olmaqla olacaq.

- Ziyafət geyimlərində nələr dəbdə olacaq?

- İşgüzar kostyum, ziyafət və axşam geyimlərinə gəldikdə, klassika və avanqardın həm də  romantik  üslubla bir qədər sintezi  müşahidə olunur.  Sözsüz ki, yeni  tendensiyasının əsası olan klassika və romantikanın cizgilərdə və detallarda əks olunmasını da xüsusi qeyd etmək lazımdır. Əsas rolu dekorativ detallar, aksessuarlar, əl işləmələri və.s. oynayır. Yəni dəbdəbəli haşiyə,  incə görünüşlü, zövqlü tikmələr (əl ilə) hər bir modeli  möcüzəyə çevirir. 2011-ci ilin işgüzar  kostyumları daha çox dekorativ detallara  üstünlük verir, yəni haşiyə və şifon, müxtəlif əl  işləmələri əlavələri də görünüşü bir  qədər təmtəraqlı edir.

- Yeni mövsümün dəbli rəngləri hansılar olacaq?

- Geyimdə ən çox məna kəsb edən  rəng çalarlarıdır. Rəng seçimində təkcə ona  üstünlük  vermək  lazım deyil ki, üz görünüşlü gözə çarpan olsun, ansamblda bu rəng həm də xarakter, yaş həddi, həmçinin, müasir, öz aralarında uyğunluq  təşkil etməlidir. Daha yaxşı olardı ki, rəng uyğunluğu  olsun. Məsələn,  palto bütün  paltar və kostyumlarla, ətək və  blüzlar ayaqqabı, əlcək çantalar hər birinə uyğunlaşsın, daha yaxşı olar ki, neytral  tonlardan seçilsin. Yəni dəbli görünüşün bir hissəsi aksessuarlardır. Bunlar əl çantaları, şərf və yaylıqlar, kəmər, ayaqqabı, şlyapa, zinyət əşyaları ola bilər.

Mövsümün favorit rəngi ən eleqant rəng yun-qızılı  rəngdir. Geyimlərdə ansamblın  yüksək keyfiyyətli parçalardan tvid və bukledən hazırlanması  bir daha  əsas verir ki, moda  aləminə eleqantlıq qayıdışı  var. Dünyanın bir çox  aparıcı dizaynerləri şalvar-kostyunlara üstünlük  verirlər. Əgər siz, bütün bunları diqqətlə  təhlil edib, qarderobunuzu bu istiqamətlərdə   formalaşdırsanız, bunun müasir modanın tələbi olduğunu hiss edəcəksiniz.

- Xanımların görünüşü üçün düzgün seçilmiş makiyaj əsas faktorlardan biridir. İstərdik bir qədər makiyajın yeni tendensiyaları barədə məlumat verəsiniz?

- Bu mövsümdə dəbdə olan barokko stili rəngləri müəyyən edir.  Barakko stilində makiyaj  gündəlik işgüzar həyat da müvafiqdir. Bu zaman göz  qapağı üçün çəhrayı və açıq qəhvəyi kölgəli bioyalardan  istifadə etmək məsləhətdir.  Tünd sürməyi rəngli kölgəli boyanı isə gözün xarici küncünə  və göz qapağının qatına  yüngülcə çəkə bilərsiniz.

Ziyafət və bayram makiyajlarını isə parıltısız təsəvvür  etmək olmaz. Bu makiyajda  siz  müxtəlif  dekorativ  elementlərdən –parıltılardan da istifadə edə  bilərsiniz. Əslində bordo-çəhrayı  kölgəli  boyalar həmişə bayram  əhval-ruhiyyəsi yaradır. Bu tonlar  üzə təzə görkəm verməkdən əlavə  həm də parıltılarla harmoniya  təşkil edir.

- Bəs sac düzümləri..?

- Saç düzümünə gədikdə  bu xüsusilə original və  ekstravaqnt  olmalıdır. Müxtəlif  bəzək aksessuarları  və sancaqlardan istifadə etməklə dəbdəbəli  saç  düzümləri yaratmaq olar. 

Burda əsas yerlərdən birini  “qlamur” stili, 40-cı illərdə  Hollivud kino ulduzlarının saç düzümləri - tutur. Ancaq həyat tərzi  təkcə  bayram  və ziyafətlərdən ibarət deyil və  unutmaq lazım deyil ki, saç  düzümü xanımların görünüşlərində  əsas faktorlardan biridir. Gündəmin görünüşü üçün uzun düz şəkil  almış  saç düzümü təbii  görünüşü ifadə edən ən  aktual görünüşdür. Romantik  buruqlar bu günkü dəbdə  populyardır. Saçı biqudiylə burduqdan  sonra daramağa ehtiyac yoxdur, bu variant universal “oğlansayağı” saç kəsimi  heç bir zaman dəbdən düşmür.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı