Modern.az

Rusiyalı gənc: “Puşkini, Tolstoyu olan ədəbiyyatı sevmirəm” - MÜSAHİBƏ

Rusiyalı gənc: “Puşkini, Tolstoyu olan ədəbiyyatı sevmirəm” - MÜSAHİBƏ

Ölkə

18 May 2012, 09:35

Qalina Syomina 1991-ci ildə Moskavada anadan olub. Burada ali təhsil alıb. İndi Moskvada fəaliyyət göstərən xarici kampaniyaların birində çalşır. Tipik rus gəncidir.

Modern.az saytının əməkdaşı ondan müsahibə alıb.

- Qalina, dünyanın ən məşhur şəhərlərindən birində, Moskvada doğulmusan. Burada yaşayırsan. Yaşadığın mühit səni qane edirmi?  

- Belə də, qane etməyinə edir, amma həmişə nəyisə dəyişmək istəyirsən. Çünki hər zaman yaxşı yaşamaq üçün nəyisə dəyişməlisən.

- Bu gün Rusiya gəncləri nəyə meyllidir, bilirsənmi bunu?

- Açığını deyim. Ümumiyyətlə bu haqda heç düşünməmişəm. Amma bizim gənclərin demək olar ki, bir çox xüsusiyyətləri xoşuma gəlmir. Çünki fikirləri çox fərqlidir. Bəziləri əylənyəcə, bəziləri isə işə, təhsilə meyllidir.

- Yaşlı nəsil Moskvada da gəncləri nəyə görəsə heç qınayırmı?

- Arada olur. Bilirsən, fikirlərimiz üst-üstə düşmür. Hətta indi mən özüm bəzən küçədə 10 yaşında məktəblini siqaret çəkib, içki içən görəndə dəhşətə gəlirəm. Danlayıram onları.

- Necə düşünürsən, rusiyalı gənclərin təhsili bu günün tələblərinə cavab verirmi?

- Məncə yox, cavab vermir. Çünki, hər kəsin təhsil almaq imkanı yoxdur. Hər şeyin kökündə maddi məsələ dayanır. Oxuyanlar da pulun gücünə oxuyur, təhsil, bilik almırlar ki. Həm imtahanlar, həm zaçotlar-hamısı pulladır.

- İndi sizdə yaxşı iş tapmaq üçün təhsil almaq vacibdir?

- Düşünürəm ki, universitet bitirmək, diplom almaq əsas deyil. Əsas odur ki, çalışdığın sahənin  bilicisi olasan. Öz işinin mütəxəssisi olasan. Amma  hər kəsin ali təhsili olsa, daha yaxşı olar. Əgər universitetlər pulsuz olsa, bu daha yaxşı olar. Çoxları ali təhsil alsa da, elə maaşları orta məktəb bitirənlərin əmək haqqları ilə eynidir. Bu da o dmeəkdir ki, ali təhsil almaq o qədər də önəmli deyil. Hələlik vəziyyət belədir.

- Dünyada inteqrasiya gedir. Özünüzü digər millətlərin gəncləri arasında harada görürsən?

- Mən özümü heç bir yerdə görmürəm. Düşünürəm ki, bizim hər birimiz özümüzə görə ayrı-ayrı insanlarıq.

- Xarici ölkələrin gəncləri ilə əlaqələrin varmı?

- Əlaqəm var, amma o qədər də çox deyil. Moskvada olan əcnəbi vətəndaşlarla əlaqəm var, onlarla da ancaq iş əlaqələri. Burada olan xarici vətəndaşlar elə davranırlar ki, guya onlar yox, biz burada qonağıq. Əgər belə olmasaydı, yəqin ki, mənim onlarla daha yaxşı münasibətim olardı. 

- Bəs mütaliə ilə aran necədir?

- Bizim ədəbiyyatı sevmirəm, əgər o ədəbiyyatda Puşkin, Tolstoy və s. varsa, heç sevmirəm.

- Boş vaxtlarında nə ilə məşğul olmağı sevirsən?

- Təbiətin qoynunda tanışlarla vaxt keçirməyi daha çox sevirəm. Səyahət etmək, fotosessiyalara getmək, yeni insanlarla tanış olmaq da istəklərim içərisindədir.

Aygün NİZAMİQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı